STATİSTİKA
Hacı Əliyev tarixə düşdü

Özbəkistan paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 61-kq-da qızıl medal qazanmış Hacı Əliyev, yeni güləş tariximizdə əlamətdar nəticə ilə yadda qalıb.

Allsport. saytı xəbər verir ki, apreldə Finlandiyanın Vantaa şəhərində təşkil olunmuş Avropanın ən güclülərinin yarışında 1-ci yeri tutan titullu bahadır, sərbəst güləşçilər arasında dünya və qitə çempionu olan 3-cü idmançı olub.

Güləşimizin intibah dövründə Aydın İbrahimov (57 kq; AÇ-1963, DÇ-1966), yaxın keçmişdə, 1986-cı ildə bu uğura Xəzər İsayev (62 kq) yetişiblər. Müstəqillik dövründə, 2010-cu ildə Xetaq Qazyumov (96 kq) həmin sevinci yaşayıb.

Kamran HACI

Həmin kateqoriyadan