Hacı İbrahim Nehrəmli: “Xəzər adaları”na 1 milyon dollar büdcə ayrılıb”

Azərbaycanın “Xəzər adaları” futzal klubunun prezidenti Hacı İbrahim Nehrəmli bu gün media mənsublarının suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, o, iclasda bir sıra maraqlı fikirlər səsləndirib:

“Xəzər adaları”na 1 milyon dollar büdcə ayrılıb. “Fənər”lə oyun göstərdi ki, güclənməyə ehtiyacımız var. Bu məqsədlə qış fasiləsində heyəti xeyli gücləndirdik. Rəqiblərimiz də transferlər ediblər. İkinci dövrədə rəqabət daha güclü olacaq. Qalib gələn isə ölkə idmanı olacaq”.

Həmin kateqoriyadan