Hafiz Məmmədovun sahibi olduğu “Lans”dan 4-cü qələbə

Fransanın ikinci liqasında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Odlar Yurdu Azərbaycan” (Land of fire Azerbaijan) reklamı ilə çıxış edən “Lans” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Oser”lə qarşılaşıb. Matç 2:1 hesabı ilə “Azərbaycan klubu”nun xeyrinə başa çatıb.

Xatırladaq ki, Hafiz Məmmədovun sahibi olduğu “Lans” hazırda 18 xalla 20 klub arasında 11-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan