- Baxış sayı: 17
- 18 Aprel 2024 14:53
- Baxış sayı: 30
- Aprel 18, 2024
- 0
“Neftçi” heyətinə yeni futbolçu cəlb edib. Allsport.az saytı xəbər verir ki, Haiti millisinin üzvü Soni Mustivar ilə gələn mövsümün sonunadək müqavilə imzalanıb.
Fransada dünyaya gələn 28 yaşlı yarımmüdafiəçisi bu ölkənin U-20 yaşadək futbolçulardan ibarət yığmasında, “Bastiya” və “Orlean” klublarında çıxış edib.
Rumıniyanın “Petrolul” və ABŞ-ın “Sportinq Kanzas Siti” klublarında legionçu həyatı yaşayıb. O, “Petrolul”la Rumıniya kubokunun, “Sportinq Kanzas Siti” ilə isə ABŞ açıq kubokunun qalibi olub.