Hakim söyən futbolçulara 4 oyun cəza

AFFA İntizam Komitəsi iki futbolçunu hakimi təhqir etdiyinə görə cəzalandırıb. Allsport.az хəbər verir ki, hər iki oyunçu 4 oyunluq cəza alıb.

U-16 Liqasının “Qarabağ” – AzAL matçının 71-ci dəqiqəsində AzAL-ın futbolçusu Cavid Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin “Neftçi-2” – “Baku Fire” matçının 15-ci dəqiqəsində “Neftçi-2” klubunun futbolçusu Anar Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Həmin kateqoriyadan