Hakimlərə danışılmış oyunlarla bağlı növbəti məşğələ

Mingəçevirdə hakimlər üçün seminar keçirilib. 

Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oynlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Hakim olaraq dürüstlük məsələləri və danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib.

O, sonra idman yarışlarının manipulyasiyası haqqında konvensiya, Azərbaycan respublikasının cinayət məcəlləsinə və bədən tərbiyəsi və idman haqqında Azərbaycan respublikasının qanununa bir sıra əlavə və dəyişikliklər, intizam komitəsinin intizam məcəlləsi haqqında məlumat verib. 

Həmin kateqoriyadan