“Hakimlərin kobud səhvləri bizim finala qədər irəliləməyimizə imkan vermədi”

“Qadın güləşçilərimizin Dünya Kubokundakı nəticələri bizi məyus etdi”. Allsport.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O, qadın güləşçilərimizin bu yaxınlarda Sankt-Peterburqda keçirilmiş Dünya Kuboku yarışlarındakı çıxışını da dəyərləndirərkən nəticələrə hakim səhvlərinin icddi təsir göstəridiyni bildirib: “Düzü, nəticə bizi məyus etdi. Çünki daha yaxşı yerlər uğrunda mübarizə apara bilərdik. Sadəcə, hakimlərin kobud səhvləri bizim finala qədər irəliləməyimizə imkan vermədi. Qeyd edim ki, 2 hakim etdiyi səhvə görə yarışlardan kənarlaşdırıldı. Amma bu heç nəyi dəyişmir. Yekunda məğlubiyyətlə barışmalı olduq. Amma ümumilikdə, qadın güləşçilərimizin çıxışından razıyam”.

N.Əliyev kişi güləşçimiz Toğrul Əsgərovun zədəsiylə bağlı da açıqlama verib: “Toğrulun Minskdə keçirilən turnirdəki çıxışından razı qaldım. Sadəcə, yüngül zədəsi olduğuna görə yarışları davam etdirməsini lazım bilmədik. Əsgərovun öz işinə münasibəti bizi sevindirir, o, əsl peşəkardır. Əminəm ki, Avropa Oyunlarında ümidlərimizi doğruldacaq. Tezliklə əvvəlki Toğrul Əsgərovu görəcəksiniz”.

Həmin kateqoriyadan