Hannes Halldorsson: “İndiki hədəfim “Qarabağ”la çempionlar liqasında oynamaqdır”

Hannes Halldorsson “Qarabağ”a keçidindən danışıb. Allsport.az saytı xəbər verir ki, İslandiya millisinin qapıçısı yeni komandası barədə bunu söyləyib:

“Qarabağ”a gəldiyim üçün özümü çox yaxşı hiss edirəm. Hansı kluba gəldiyimin fərqindəyəm. Bura gəlməmişdən əvvəl həm klub, həm də Azərbaycan haqqında məlumat toplamışam. Karyeram ərzində dünya və Avropa çempionatlarının final mərhələlərində oynamışam.

İndiki hədəfim “Qarabağ”la çempionlar liqasında oynamaqdır. Burada da “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəcəyimə əmin olun. “Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm. Bu haqda ətraflı məlumatım var”.

Həmin kateqoriyadan