“Hannover”lə oyunda futbolçumuz komandasını son saniyələrdə yenilgidən qurtarıb

Almaniya 2-ci Bundesliqasının 30-cu turunda Dmitri Nəzərovun komandası doğma meydanda 2-ci yerdə qərarlaşan “Hannover”lə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, “Ersgebirge” bu oyunda heç-heçə edib (2:2).

Millimizin yarımmüdafiəçisi sonadək meydanda olub. O, 90+4-cü dəqiqədə “ağ-bənövşəyilər”i məğlubiyyətdən xilas edən qolunu vurub. “Ersgebirge” 33 xalla 18 klub arasında 15-ci pillədədir.

Həmin kateqoriyadan