Hansı Azərbaycan klubu SSKA-nın braziliyalı futbolçusunu istəyir?

Rusiyanın «Rostov» klubu Bolqarıstan SSKA-sında çıxış edən Stiven Sendi heyətinə qatmaq üçün danışaqlara hazırlaşır. Allsport.az saytı adı çəkilən ölkənin elektron mediasına istinadən xəbər verir ki, «qırmızılar»ın baş məşqçisi Qurban Berdiyev yarımmüdafiəçinin transferində israrlıdır. Premyer-liqa təmsiləisindən başqa İspaniya «Valensiya»sı bu futbolçuya görə 1 milyon dollar ödəməyə razıdır.

Bu arada bolqar həmkarlarımız yazır ki, Azərbaycan klubu «hərbçilər»in braziliyalı hücumçusu Edinilson Berqonsi ilə maraqlanır. Bizimkilər ona 100 min dollar təklif ediblər. Sambaçı Qara dəniz sahili ölkəyə gələndən etimadı doğrutmayıb və gününü ehtiyat skamyasında keçirir. Bolqarlar həmin Azərbaycan komandasının adını çəkməsələr də, onun Antalyada təlim-məşq toplanışında olduğunu qeyd edirlər.

Həmin kateqoriyadan