Hava və Ekstremal İdman Növləri Federasiyası “Heydər zirvəsi”nə yürüş təşkil edəcək

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) cari il üçün təqvim planına əsasən, mayın 9-10-da Qızılqaya massivindəki “Heydər zirvəsi”nə “II respublika zirvəyə qaçış yarışı” keçiriləcək. Allsport.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd Azərbaycanda dağ idman növlərindən skayraninqin populyarlaşdırılması, sağlam və idman həyat tərzinin təbliği və gənclərin dağçılıq və ekstremal turizmə marağının artırılmasından ibarətdir.

Yarışda iştirak etmək istəyən iştirakçılar mayın 1-dək FAİREX-ə müraciət etməlidirlər. Yürüşlə bağlı ətraflı məlumatı Federasiyanın saytından əldə etmək mümkündür.

Həmin kateqoriyadan