“Hesabda geridə olduğumuz halda, qələbə qazanmaq, xarakterimizin göstəricisidir”

“Neftçi”nin kapitanı Emin Mahmudov “Sumqayıt”la görüşdən (4:2) sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 11-metrlik cərimə zərbələri ilə dubl edən futbolçu hesabda geridə olduğu halda, qələbə qazanmasını xarakterin göstəricisi olduğunu deyib:

“Oyuna pis başladıq. Bununla belə, vaxtında toparlanıb qol epizodları yaratdıq və bunlardan faydalandıq. Yaxşı ki, buraxdığımız qolun əvəzini tez çıxa bildik. Təbii ki, hər qələbə özümüzə olan inamı artırır. Belə də davam etməliyik.

Qol epizodlarından daha da yaxşı istifadə etməyə başlamışıq. Qalib gəlmək çox vacibdir. Bu, xallarımızın sayını artırmaqda bizə kömək edir. Hesabda geridə olduğumuz halda, qələbə qazanmaq, xarakterimizin göstəricisidir”.

Həmin kateqoriyadan