“Heydər Əliyev kuboku”nda ilk günün qalib səmti müəyyən edənləri

Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə səmti müəyyən etmə üzrə 6-cı beynəlxalq kubok mübarizəsi başladı. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan, Moldova, İsveç, Çex Respublikası, Ruminiya, Çin (Honq Konq), Yeni Zelandiya və Litvadan ümimilikdə 217 (180 yerli) iştirak edir. 8 kateqoriya üzrə təşkil edilmiş rəqabətdə idmançılar sprint, orta və uzun məsafədə mübarizə aparacaqlar.

Mayın 17-də artıq ilk mərhələ sona çatdı. Dənizkənarı milli parkdan İçəri Şəhərə və geri sürətli hərəkətdə qaliblər müəyəynləşdi. Sabah rəqabət orta məsafə üzrə Quba rayonun Amsara kəndinə və ertəsi günü uzun məsafə üzrə Xaçmaz rayonunun Nabran qəsəbəsinin meşə zolaqlarında olacaq. Yarışda həm komanda həm də fərdi hesabda qaliblər müəyyən ediləcək.

Tədbirin baş hakimi Xəyam Məmmədovdur.

Həmin kateqoriyadan