Heydər Əliyevin xatirə yarışında hansı stolüstü tennisçilərimiz fərqlənib?

Bakı idman sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə yeniyetmə stolüstü tennisçilərin beynəlxalq turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və Latviyadan olan 70-dən çox idmançı mübarizə aparıb. Turnirdə 2004-2007-ci, 2008-ci il təvəllüdlü və daha kiçik yaşlılar iştirak ediblər.

Yarışın ilk günü 2008-ci il və daha azyaşlı idmançılar qüvvələrini sınayıblar. Qızlarda Arzu Aslanova 1-ci, Mərziyyə Nürmətova 2-ci, Türkiyədən Asudə Tuba Şimşək və digər azərbaycanlı Aylin Əsgərova 3-cü olublar. Oğlanlarda Hüseyn Eylazov qızıl, Adil Əhmədzadə gümüş, Türkiyə təmsilçisi Mustafa Nebhan və yerli Rüstəm Hacılı bürünc medalla qiyələniblər.

2004-cü il və daha azyaşlı qızlarda Elina Rahimi (İran), Mariya Siropova (Rusiya), Ləman Abdülhəmidova və Mehriban Dadaşova (Azərbaycan) müvafiq olaraq ilk 3-lükdə qərarlaşıblar. Oğlanlar arasında Əşrafi Parham (İran) 1-ci, Emin Məmmədov 2-ci, Kənan Pənahov (Azərbaycan) və Samran Kərimi (İran) 3-cü olublar.

Gərqlənənlərə medalları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, stolüstü tennis federasiyasının vitse-prezidenti Fazil Məmmədov, Türkiyə stolüstü tennis federasiyasının prezidenti Fateh Qaraca və İran stolüstü tennis federasiyasının prezidenti Mehrdad Əliqardaşi təqdim ediblər.

Həmin kateqoriyadan