Heydər Məmmədəliyev AGF-nin Fəxri diplomu ilə təltif olunub

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan güləş məktəbinin yetirməsi Heydər Məmmədəliyevin şərəfinə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yubiley yarışında AGF tərəfdən yunan-Roma güləşi üzrə yığma komandanın məşqçiləri Rövşən Bayramov və İlqar Abdulov, həmçinin Avropa çempionu Vitali Rəhimov iştirak ediblər.

Açılış mərasimində çıxış edən İlqar Adbulov AGF prezidentinin və Azərbaycan güləş ictimaiyyətinin adından səbəbkarı təbrik edib, ona uzun ömür, can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. Yekaterinburqda Azərbaycanın diaspor fəaliyyətinin həyata keçirilməsində, Azərbaycan güləşçilərinin nailiyyətlərinin təbliğində uzunmüddətli və peşəkar fəaliyyətinə, yeniyetmə və gənc nəslin güləşə marağının artırılmasında əvəzsiz xidmətlərinə görə o, AGF-nin Fəxri diplomu ilə təltif olunub və ona xatirə hədiyyəsi təqdim edilib.

Həmyerlimiz dəfələrlə Azərbaycan və Rusiya çempionu, olimpiya mükafatçısı (2004) və dünya çempionu (2002) olub.

Həmin kateqoriyadan