Hidayət Heydərov Antalya qran-prisində 3-cü oldu, hesabına 350 xal əlavə etdi

Antalyada cüdoçuların qran-prisi start götürüb. Allsport.az saytı xəbər verir ki, bu sınaqda bizimkilər də qüvvəsini sınayır. 2-ci yarış günündə Hidayət Heydərov (73 kq) fərqlənib.

Son Avropa çempionumuz bürünc medal uğrunda tutaşmada makedoniyalı Nikola Qusiçi vazzari ilə üstələyib, hesabına 350 xal əlavə edib.

Həmin kateqoriyadan