Hidayət Heydərov qızıl, Rüstəm Orucovla Telman Vəliyev bürünc medal qazandı

Ümummilli lider Heydər Əliyevin xatirəsinə onun adını daşıyan idman sarayında cüdo üzrə “Böyük dəbilqə” davam edit. Allsport.az saytı xəbər verir ki, bu gün tatamiyə 12 idmançımız çıxdı. Onlardan yalnız 3-ü fəxri kürsüyə qalxdı. Bütün medallar eyni, 73 kq-da qazanıldı.

Hidayət Heydərov bütün görüşlərini qələbəylə sona vurdu. Rüstəm Orucov və Telman Vəliyev 3-cü yer tutdular.

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.

Həmin kateqoriyadan