“Hindular” “Qarabağ”ı 67 703 yerlik yeni “Vanda Metropolitano” stadionunda qəbul edəcək

İspaniyanın “Atletiko” klubu cari mövsümdə ev oyunlarını 67 703 azarkeş tutumuna malik  “Vanda Metropolitano”da keçirəcək. Allsport.az saytı xəbər verir ki, madridlilər yeni stadionunun tikintisi üçün xərclənən məbləği açıqlayıblar. İdman qurğusu 310 milyon avroya başa gəlib.

Bu məbləğin 170 milyonunu klub özü ödəyəcək. Qalanı təzminzt olaraq keçmiş “Visente Kalderon” arenasının yerləşdiyi torpaq sahəsinə görə veriləcək.

“Hindular” yeni məkanda ilk oyununu La liqa çərçivəsində sentyabrın 16-da “Malaqa”ya qarşı keçirəcək. Madrid təmsilçisi çempionlar liqasının qrupunda “Qarabağ”, “Çelsi” və “Roma”nı da bu stadionda qəbul edəcək. Azərbaycan komandası ilə görüş oktyabrın 31-də təşkil olunacaq.

Həmin kateqoriyadan