Hogmo: Taktiki cəhətdən yaxşı oynadıq

Avro-2016-nın seçmə qrup mərhələsində Azərbaycanda yerli komandaya minimal hesabla (1:0) qalib gələn Norveç millisi vətənə xoş ovqatda yollanıb. Allsport.az saytı xəbər verir ki, rəqib baş məşqçi Per-Mathias Hogmo dünən KİV-lə görüşdə, taktiki cəhətdən düzgün oynadıqlarını deyib:

“Komandamla qürur duyuram. Taktiki cəhətdən yaxşı oynadıq. Biz motivasiyası böyük olan komandaya qarşı mübarizə apardıq. Çünki yeni baş məşqçinin gəlməsi rəqibin motivasiyasında rol oynadı.

Çalışdıq ki, sadə oynayıb, çox problem yaşamayaq. Azərbaycan millisini Bakıda məğlub edə bilməyimizə sevinirik. 3 qələbə qazanmışıq. Bu, bizə Fransaya getmək üçün şərait yaradır”.

Həmin kateqoriyadan