Hokkey əfsanəsi dünyasını dəyişdi

Bu gecə Moskvada uzun sürən xəstəlikdən sonra hokkey əfsanəsi, nəsillərin məşqçisi, Sovet dövrünün ən parlaq hokkey epopeyasının müəllifi olmuş Viktor Tixonov ömrünün 85-ci ilində dünyasını dəyişib.

«Allsport.az» xəbər verir ki, məşhur mütəxəssis bir aydan artıq idi xəstəxanada müalixə olunurdu.

Viktor Tixonov oyunçu kimi 3 dəfə SSRİ çempionu olmuşdu. O, 13 dəfə (1977-1989-cu illər) Moskva SSKA-sını SSRİ çempionu, 14 dəfə Avropa Çempionlar kubokunun sahibi etmişdi. Onun rəhbərliyi ilə Sovet yığması 3 dəfə olim piya çempionu olmuş, 8 dəfə dünya çempionu tituluna sahib çıxmışdı. 1981-ci ildə Kanada kuboku, 1979-cu ildə isə Çağırış kuboku onun karyerasının ən parlaq qələbələri sırasında yer alır.

1998-ci ildə Beynəlxalq Buz Hokkeyi Federeasiyası onu «Şöhrət Zalı» daxil etmişdi.

Həmin kateqoriyadan