İAM “İlin qalibləri”ni “Qafqaz Point”də açıqlayacaq

İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “İlin qalibləri-2015” layihəsinin yekun mərhələsi olan mükafatlandırmanın vaxtı və yeri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, tədbir dekabrın 18-də “Qafqaz Point” mehmanxanasında təşkil olunacaq.

Saat 15:00-da başlanacaq mərasimdə əvvəlcə Çempionlar Liqasında 2014-2015 mövsümü ilə əlaqədar İAM-ın keçirdiyi ÇEMPİON yarışmasının qalibi təltif olunacaq. Ardından KİV nümayəndələri arasında sorğu nəticəsində 8 nominasiya üzrə fərqlənənlər idman ictimaiyyətinin tanınmış nümayəndələri tərəfindən mükafatlandırılacaqlar.

Həmin nominasiyalar bunlardır:
1. İlin idman xadimi
2. İlin yerli futbolçusu
3. İlin yerli idmançısı (digər növlər üzrə)
4. İlin əcnəbi idmançısı
5. İlin komandası (futbol və digər növlər üzrə)
6. İlin baş məşqçisi (futbol və digər növlər üzrə)
7. İlin mətbuat katibi (futbol və digər növlər üzrə)
8. İlin idman jurnalisti

Tədbirdə İAM-ın xüsusi mükafatı da veriləcək.
Qeyd edək ki, “İlin Qalibləri-2015” layihəsinin baş sponsoru “Kolizey İnşaat”, informasiya dəstəkçiləri “Report” agentliyi və Sportnet.az portalıdır. İdman İdman Araşdırmalar Mərkəzi ardıcıl 3-cü il həyata keçirilən layihənin bütün dəstəkçilərinə, o cümlədən, sorğuda fəal iştirak edən KİV nümayəndələrinə minnətdarlığını bildirir.

Həmin kateqoriyadan