İbrahim Nehrəmli KİV-lə görüşdə nəyi açıqlayacaq?

«Xəzər adaları» futzal klubunun prezidenti İbrahim Nehrəmli gələn həftə KİV-lə görüş keçirəcək. Allsport.az saytı xəbər verir ki, bu barədə açıqlamanı komandanın icraçı direktoru Fuad Qəhrəmanov verib. Onun sözünə görə, toplantıda debütantın yaxın gələcəklə bağlı strategiyasından danışılacaq:

««Xəzər adaları»nın məqsədi bu mövsüm çempion olmaq və UEFA kubokunda ən azı 2 mərhədə admaqdır. Təlim-məşq toplanışı çərçivəsində yaxın postsovet ölkələrinin 2-3 klubu ilə yoxlama görüşü planlaşdırılır.

Ölkədə futzalın inkişafı üçün akademiyanın yaradılacaq. Növbəti illərdə stadionun tikintisi də nəzərdə tutulub. Bundan sonra böyük futbolda komandamız olacaq».

Həmin kateqoriyadan