İbrahim Uzunca: “Bakı”nın futbolçuları əsl kişilik göstərirlər

Ölkə çempionatının IX turunda  keçirilmiş AzAL – “Bakı” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Allsport.az saytı xəbər verir ki, matçdan sonra “Bakı”nın baş məşqçisi İbrahim Uzunca düşüncəsini KİV-lə bölüşüb:

“Mən bu gün meydançada sona qədər mübarizə aparan futbolçularımı təbrik edirəm. Oyunçularım bu gün inanılmaz dərəcədə istəkli idilər. Biz qələbəni  istədik, arzuladıq.  İstədiyimiz  işləri həyata keçirə bilərik. Biz təlim-məşq toplanışı belə keçirməmişik.

Amma futbolçularım əsl kişilik göstərirlər. Bütün qələbələr futbolçularımın xarakter göstərməsi ilə bağlıdır. Mən qələbəni yenə rəhbərliyə həsr edirəm. Biz daha yaxşı yerlərə gəlməyə çalışırıq. Oyunları çirkinləşdirmirik. Rəqiblə başabaş mübarizə aparmağa çalışırıq”.

Həmin kateqoriyadan