FOTO
İcraiyyə Komitəsinin bütün qərarları

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda İcraiyyə Komitəsinin üzvü, bu ilin avqust ayında dünyasını dəyişmiş Ələkbər Məmmədovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

1. AFFA-nın Məşqçilər Komitəsi yaradılsın, komitənin Əsasnaməsi təsdiq olunsun. Vaqif Sadıqov Məşqçilər Komitəsinin sədri, Ağasəlim Mircavadov, Şahin Diniyev və Böyükağa Hacıyev üzvləri təyin olunsun.

2. Robert Prosineçki Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. R.Prosineçki ilə 3 illik müqavilə imzalansın.

3. U-21 yığma komandasının baş məşqçisi Bernhard Lippertin istefası qəbul olunsun və o, AFFA-nın Texniki direktoru vəzifəsində fəaliyyətini davam etdirsin. U-21 yığmasının baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi AFFA-nın baş katibliyinə tapşırılsın və namizədlər barədə AFFA rəhbərliyinə məlumat verilsin.

4. AFFA-nın Klublar Komitəsi yaradılsın və komitənin Əsasnaməsi təsdiq olunsun.

5. AFFA-dan təqaüd almaq üçün müraciət etmiş adları aşağıda göstərilən futbol veteranlarına AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq təqaüd verilsin:

İbrahim Bağırov
Məmmədnağı Babayev
Mehdi Qasımov
Vaqif Hüseynov
Vladimir Foyodorov

 

Həmin kateqoriyadan