İcraiyyə komitəsinin iclası

Dekabrın 8-də AFFA-nın inzibati binasında icraiyyə komitəsinin növbəti iclası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, saat 11:00-da başlayacaq toplantının gündəliyinə bu məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələrin müzakirəsi
2. Aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiyanın müzakirəsi

3. Klubların lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələsinin müzakirəsi
4. Hakimlər komitəsinin tərkibinin təsdiqi
5. Digər məsələlər

Həmin kateqoriyadan