İcraiyyə komitəsinin iclası keçirilib

Bu gün AFFA-nın icraiyyə komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

1. AFFA-nın hakimlər və hakim-inspektorlar komitəsinin strukturu dəyişdirilsin.

– Avstriyalı mütəxəssis, sabiq FIFA referisi və hakim-inspektoru, UEFA konvensiya meneceri, FIFA və UEFA RAP (hakimlərə dəstək proqramı) təlimatçısı Frits Stuxlik yeni strukturun rəhbəri təyin olunsun.

– Yeni struktur hakimlər və hakim-inspektorlar komitəsi adı ilə fəaliyyət göstərsin.

– Hakimlər və hakim-inspektorlar komitəsi birbaşa AFFA-nın İiraiyyə komitəsinə tabedir və rübdə 1 dəfə hesabat xarakterli məruzə etsin.

– Hakimlər və hakim-inspektorlar komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunsun.

2. Klubların lisenziyalaşdırılması ilə bağlı aşağıdakı təklif qəbul olunsun:

– Əvəzedici komandanın yarışlarda iştirakı meyarı “A” dərəcədən “B” dərəcəli meyara keçirilsin. Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunsun.

Həmin kateqoriyadan