İdman dırmanması üzrə açıq respublika çempionatı keçiriləcək

Noyabrın 7-8-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə idman dırmanmasının boldrinq və çətinlik növləri üzrə açıq respublika çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, yarış Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSC) qaydaları əsasında, “Clim Baku” dırmanma mərkəzində təşkil ediləcək.

Çempionatda gənclər (14-19) və böyüklər (19 və yuxarı) qüvvələrini sınayacaqlar. İştirak üçün son müraciət noyabrın 5-dək qəbul olunur.

Həmin kateqoriyadan