İdman dırmanması üzrə hakimlik kursu

Oktyabrın 12-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində idman dırmanması üzrə hakimlik kursuna start veriləcək.

Allsport.az saytı xəbər verir ki, 5 gün davam edəcək kursun yekun imtahanından uğurla keçəcək iştirakçılara FAİREX tərəfindən sertifikatlar təqdim olunacaq.

Həmin şəxslər idman dırmanması üzrə yarışlarda referi kimi fəaliyyət göstərəcəklər.

Həmin kateqoriyadan