- Baxış sayı: 27
- 25 Aprel 2024 11:29
- Baxış sayı: 43
- Aprel 23, 2024
- 0
İdman gimnastikası üzrə Azərbaycan birinciliyinə və Bakı çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, kiçik yaşlı yeniyetmə oğlanlarda (2010-2011) Hüseyn Mustafazadə 1-ci yer tutub. Bu yaş dərəcəsində qızlarda (2009-2010) çoxnövçülükdə Amaliya və Asiya Ağayeva bacıları müvafiq olaraq qızıl və gümüş medala sahib olublar.
2011-ci il təvəllüdlülərdə Leyla Məmmədzadə fərqlənib. Hər 2 yarışda Bakı Gimnastika Məktəbinin, “Ocaq”, “Neftçi” və “Zirə” idman klublarının, Respublika Olimpiya İdman Liseyinin, habelə Sumqayıt şəhərinin yetirmələri iştirak ediblər.