İdman gimnastları ən güclülərini seçəcəklər

5 dekabrda kişi idman gimnastikası üzrə 21-ci ölkə və paytaxt birinciliyini keçirəcək. Allsport.az saytı xəbər verir ki, yarışlarda Bakı Gimnastika Məktəbinin və Respublika Olimpiya Litseyinin yetirmələri iştirak edəcəklər.

2000-2008-ci il təvəllüdlü 23 gimnast mütləq çoxnövçülük üzrə medallar uğrunda mübarizə aparacaqlar. Ölkə daxili rəqabət Milli Gimnastika Arenasının köməkçi zalında təşkil olunacaq. Yarış saat 09:30-da başlayacaq.

Həmin kateqoriyadan