İdman ictimaiyətinin bir qrup aparıcı üzvü “Ana harayı” abidəsini ziyarət edib

Bu gün bir qrup aparıcı mütəxəssis və titullu idmançı Bakı şəhərinin Xətai rayonunda Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi önünə gələrək, onların ruhunu dərin ehtiramla yad ediblər.

Allsport.az saytı xəbər verir ki, anım mərasimindən sonra idman ictimaiyəti nümayəndələri birgə xatirə fotosu çəkdirərək bir daha dövlətimizin yanında olduğunu, Ali baş komandan İlham Əliyevin əmri ilə Qarabağ döyüşlərinə qatılıb torpaqlarımızı yağıdan azad olunmasına hazır olduqlarını nümayiş etdiriblər.

Həmin kateqoriyadan