İdman jurnalistlərimiz Kiyevdən qələbə ilə qayıdıb

Kiyevdə azərbaycanlı idman jurnalistləri ukraynalı həmkarları ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə futbol oyununda üz-üzə gəliblər. Allsport.az saytı xəbər verir ki, “Hidropark” idman kompleksinin stadionunda keçirilən yoldaşlıq görüşü bizimkilərin 10:6 qələbəsi ilə bitib.

Meydan sahiblərinin heyətində keçmiş SSRİ yığmasının və Kiyev “Dinamo”sunun tanınmış veteran futbolçusu İvan Yaremçuk da çıxış edib. Matçı Azərbaycanın Ukraynadakı səfirliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev başda olmaqla, diaspora nümayəndələri də izləyib.

Qeyd edək ki, səfər Azərbaycan Gənclər və İdman Nazirliyinin və AAAF Park-ın təşkilati dəstəyi ilə olub.

Həmin kateqoriyadan