“İdmançıların qidalanması” mövzusunda karateçilərə maarifləndirici seminar

İdman sahəsi üzrə beynəlxalq nutrisoloq və diyetoloq, həmçinin nevroloq və karate üzrə millinin həkimlərindən olan Lalə İbrahimova komanda üzvləri və məşqçilər üçün “İdmançıların qidalanması” mövzusunda maarifləndirici seminar keçib.

Allsport.az saytı xəbər verir ki, düzgün qidalanmanı təbliğ edən mütəxəssis, nəticəyə müsbət və mənfi təsir göstərə bilən qidalar və onları qəbul etmə qaydaları barədə idmançı və məşqçilərə ətraflı məlumat verib. O, həmçinin karateçilərə çəki salma və digər diskamfort yarada biləcək problemlərin düzgün həlli yollarını göstərib.

İdmançıların gündəlik rasionunu təşkil edə biləcək qidalar və onların günün saatları üzrə bölünməsi qaydalarını izah edən Lalə İbrahimova milli komandanın hər bir üzvü üçün fərdi tərtib etdiyi qida rejimi və sutkalıq kalori sərfi, vitamin və mikro elementlər norması cədvəlini onlara təqdim edib.

Tədbirin sonunda Lalə İbrahimova idmançıları maraqlandıran və narahat edən sualları cavablandırıb, onlara əlavə məsləhətlər verib.

Həmin kateqoriyadan