İki boksçumuz qələbə ilə başladı

Macarıstanın Debrersen şəhərində İştvan Başkainin xatirəsinə həsr olumuş ənənvi boks turnirinə start verilib. Allsport.az xəbər verir ki, turnirdə Azərbaycan milli komandasının üzvləri də mübarizə aparır.

Yarışın ilk günündə 3 boksçumuz rinqə çıxıb və hər üç həmyerlimiz yerli idmançılarıa qarşılaşıb. 60 kq çəki dərəcəsində çıxış edən ölkə çempionu Elvin İsayev Krizstian Sinko ilə döyüşdən qalib ayrılıb – 3:0.

81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da yarışa qələbə ilə başlayıb. Gənclər arasında Avropa çempionu ilk görüşdə İmre Buqyiki məğlub edib – 2:1.

Fərid Ağamoğlanov (56 kq) isə yarışla erkən vidalaşıb. Boksçumuz Viktor Qaloşa uduzub – 0:3.

Qeyd edək ki, adı çəkilən boksçulardan başqa yarışda Salman Əlizadə (49 kq), Məsud Yusifzadə (52 kq), Elnur Əliyev (64 kq) və Xaybulla Musalov (75 kq) da mübarizə aparır.

Həmin kateqoriyadan