İki cüdoçumuz dünya əmsalında liderliyini qoruyur

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Rio-2016-da Azərbaycana gümüş medallar qazandıran Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəki dərəcələrində liderliklərini davam etdirirlər.

2016-cı il Avropa çempionatının gümüş mükafatçısı Orxan Səfərov (60 kq) 2-ci pillədə qərarlaşıb. 66 kq-da Nicat Şıxəlizadə daha 2 pillə geriləyərək, 12-ci yerdədir. Elxan Məmmədov (100 kq), İlqar Müşkiyev (60 kq), Məmmədəli Mehdiyev 90 kq) müvafiq olaraq 7-ci, 14-cü, 20-ci sıradadırlar.

Uşangi Kokauri (+100 kq) reytinq cədvəlinin 18-ci pilləsindədir.

Həmin kateqoriyadan