İki oyunun vaxtı dəyişdirildi

Futzal üzrə Avropa cempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunacaq 4-cü qrupunda son turda keçiriləcək hər iki oyunun başlanma vaxtı UEFA tərəfindən dəyişdirilib. Allsport.az xəbər verir ki, qarşılaşmalar, əvvəlcədən xəbər verildiyi kimi, saat 18:30 və 21:00-da yox, saat 19:00 və 21:30-da başlayacaq.

Oyunların təqvimini bir daha diqqətinizə çatdırırıq:

18 mart
18:30. Ukrayna – Danimarka
21:00. Azərbaycan – Belçika

19 mart
18:30. Belçika – Ukrayna
21:00. Azərbaycan – Danimarka

21 mart
19:00. Danimarka – Belçika
21:30. Ukrayna – Azərbaycan

Oyunlar Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.

Həmin kateqoriyadan