İkiqat dünya çempionumuz da 1/2 finala adlayıb

Almaniyanın Hamburq şəhərində boksçuların dünya çempionatında 1/4 final mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, mərhələnin son döyüşündə millimizin öncüllərindən olan Məhəmmədrəsul Məcidov (+91 kq) Cəmili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gəlib.

Görüş ikiqat dünya çempionumuzun 3:2 (27:30, 30:27, 28:29, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, ən azı, bürünc medalı da təmin edib.

Bu, təmsilçilərimizin Hamburqda təmin etdiyi ikinci mükafatdır. Ondan öncə Kamran Şahsuvarlı (75 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurub. Onların qazanacağı medalın əyarı isə növbəti döyüşlərdən sonra dəqiqləşəcək.

Məhəmmədrəsul Məcidov sentyabrın 1-də keçiriləcək 1/2 finalda avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.

Həmin kateqoriyadan