İkiqat paralimpiya çempionumuz dünya kubokunun qalibi oldu

Macarıstanın Eger şəhərində paralimpiyaçı cüdoçular arasında dünya kuboku yarışlarında iştirak edən ikiqat paralimpiya çempionu, sumqayıtlı İlham Zəkiyev bütün rəqiblərini üstələyərək yarışın qızıl medalını qazanıb. Allsport.az xəbər verir ki, Zəkiyev finalda yaponiyalı idmançı, London Paralimpiya Oyunlarının qalibi Masaki Kentonu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçu Ramil Qasımov da bütün rəqiblərinə qalib gələrək dünya kuboku yarışlarının qalibi olub. Milli komandamızın üzvü Səbinə Abdullayeva (57 kq) final görüşündə məğlub olaraq gümüş medalla kifayətlənib.

Həmin kateqoriyadan