“İl’Azero” üçbucağı – Başqan, rəsmi sima və Odlar yurdu gözəli

Qadın voleybol yığmamız paytaxtda olimpiya təsnifat yarışına hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandamızın ulduz üzvləri Braziliya səfəri öncəsi pozitiv enerji almaq üçün yeni oyun və çöl geyimlərini nümayiş etdirib.

Millimiz bir müddətdir yerli idman məhsulu – “İl’Azero”dan yararlanır. Foto-obyektiv qarşısına bu şirkətin rəsmi siması, ötən ay ölkəmizdə oynamış serbiyalı futbolçu Yovan Krneta ilə həyatı quran Yelizaveta Səmədova və keçən mövsüm “Vaşaş”la Macarıstan çempionluğunu bayram edn Ayşən Abduləzimova çıxıblar.

Onları “Bir Azərbaycanlı” şirkətinin sahibi, voleybol meneceri İlqar İmamquluyev müşayiət edib.

Həmin kateqoriyadan