İlham Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının açılışında iştirak edib

İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının açılışında iştirak ediblər. Allsport.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti və xanımı burada yaradılan muzeylə tanış oldular.

Dövlətimizin başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşdülər.

Sonra xatirə şəkli çəkdirildi.

Həmin kateqoriyadan