İlham Əliyev mətbuat işçilərinə yaşayış binasının tikintisi ilə bağlı növbəti sərəncam imzalayıb

Ölkə başçısı KİV-in vəziyyətinin yaxşılaşdırılması istiqamətində növbəti sərəncam imzalayıb. Allsport.az saytının məlumatına görə, İlham Əliyev konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərar verib ki, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon manat ayrılsın. Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi tapşırığı verilib.

Həmin kateqoriyadan