İlham Əliyev monqolustanlı həmkarı ilə final görüşlərini izlədi

Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustanın dövlət başçısı Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer sentyabrın 26-da Milli Gimnastika Arenasında keçirilən yarışı izləydilər.

Mübarizənin 7-ci günündə də rəqabə gərgin keçib. Cüdoçularımızdan yalnız +100 kq-da Uşanqi Kokauri finala qədər irəliləyə bildi. 2016-cı ildə Avropa kubokunun qalibi olan idmançımız, həmin il Qazanda keçirilən Avropa çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, 125 ölkənin iştirak etdiyi cüdo üzrə dünya çempionatında 460 kişi və 298 qadın idmançı mübarizə aparır.

Həmin kateqoriyadan