İlham Zəkiyev ümumdünya gömrük təşkilatının innovasiyalar konfransında

Milli paralimpiya komitəsinin vitse-prezidenti İlham Zəkiyev Bakıda keçirilən ümumdünya gömrük təşkilatının informasiya texnologiyaları və texnoloji innovasiyalar konfransında çıxış edib. Allsport.az saytı xəbər verir ki, 2-qat paralimpiya çempionu tədbirdə çıxışında Azərbaycanda paralimpiya hərəkatı haqqında geniş bəhs edib, ölkəmizdə dövlətin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. O, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanla yanaşı, bütün sahələrin inkişaf etdiyini bildirib.

Paralimpiya çempionu tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, torpaqlarımızın bir hissəsinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduğunu söyləyib. İlham Zəkiyev qeyd edib ki, sağlamlıq imkanlarını doğma torpağımız uğrunda, Qarabağ döyüşlərində itirib.

Sonda İlham Zəkiyevə gömrük komitəsinin xatirə hədiyyəsi təqdim olunub.

Həmin kateqoriyadan