İlin son yarışında 6 medal!

Bu gün Moskvada idman gimnastikası üzrə ənənəvi 21-ci “Mixail Voronin” Kuboku başa çatıb. Allsport.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən yığma komandamızın üzvləri Anna Pavlova və Yuliya İnşına ümumi çətinlik üzrə 6 medal əldə ediblər.

Pavlova öz çıxışlarının nəticəsinə əsasən 51.70 xal toplayaraq çoxnövçülükdə 3-cü yerdə qərarlaşıb. O, həmçinin sərbəst hərəkətlərdə, dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda bürünc medal qazanıb.

Gimnastika tirində hərəkətlərdə isə hər iki gimnast fəxri kürsüyə yüksəlib. Belə ki, bu alətlə çıxışa görə Pavlova 2-ci, İnşına isə 3-cü yerdə qərarlaşıb.

“Voronin” Kuboku gimnastlarımız üçün ilin sonuncu yarışı olub.

Həmin kateqoriyadan