İlk dəfə

Əlil arabasında rəqs üzrə paralimpiya yığmamız 6-8 sentyabrda Sankt-Peterburqda dünya kubokunda çıxış edəcək.

Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi Fərid Mehdiyev və Vusalə Kərimova təmsil edəcəklər.

İlk dəfə olaraq bu sınaqda uşaq paralimpiya komitəsinin idmançıları Rəsul Zəkiyev və Diana Batakova da güclərini sınayacaqlar.

Həmin kateqoriyadan