İlk gündə 1 medal

Bu gün Tiflisdə cüdoçular arasında böyük mükafat turniri start götürüb. Allsport.az saytının məlumatına görə, Çex Respublikasının Nimburq şəhərində beynəlxalq təlim-məşq toplanışını başa vuran millimiz oradan birbaşa Gürcüstan paytaxtına yollanıb. Məşqçilər korpusu Rio Olimpiadasına lisenziya xalı verən bu qran-pridə 13 tatami ustasına şans verib.

İlk yarış günündə millimiz 1 medal qazanıb. Kişilərin mübarizəsində Tərlan Kərimov (66 kq) ilk 2 görüşü udsa da, sonra Ukraynanı təmsil edən Georgi Zantarayaya məğlub olub. Təsəlliverici görüşlərdə inamlı təsir bağışlayan cüdoçumuz, burunc mükafata yiyələnib.

Bu çəkidə digər təmsilçimiz Nicat Şıxəlizadə «B» qrupunda hamını üstələyib. Yarımfinalda monqolustanlı həmkarına uduzan titullu kimino ustası, 3-cü yer uğrunda görüşdə komanda yoldaşı Tərlan Kərimova yenilib.

60 kq-da Mehman Sadıqov 7-ci yer tutub. Adı çəkilən çəkidə Orxan Səfərov və qızların yarışında Aişə Qurbanlı elə ilk qarşılaşmada mübarizəni dayandırıblar. Yarış sabah və birisi gün də davam edəcək.

Həmin kateqoriyadan