İlk gündə 3 dəst medal

Bu gün paracüdo üzrə qran-pri başladı. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə millimiz 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Komandamıza ilk qızıl medalı 60 kq çəki dərəcəsində Vüqar Şirinli qazandırıb. O Rumıniyadan olan rəqibi Florin Aleksandru Bologanı finalda məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yiyələnib. Eyni çəki dərəcəsində üçüncü yeri qazaxıstanlı idmançı Oljas Orazalyuli qazanıb. 

Komandamıza ikinci qızılı 48 kq çəki dərəcəsində gənc cüdoçu Şahanə Hacıyeva qazanıb. O finalda çinli idmançı Li Liqinqi məğlub edərək qızıl medala yiyələnib. Həmin çəki dərəcəsində üçüncü yerə özbəkistanlı idmançı Lobar Xürrəmova layiq görülüb. 

57 kq çəki dərəcəsində yarışan idmançımız Sevda Vəliyeva Azərbaycana üçüncü medalı qazandırıb. O finalda azərbaycanlı idmançı, paralimpiya çempionu Afaq Sultanovanı məğlub edərək qızıla sahib olub. 

Gümüş medalçılarımız isə 66 kq çəki dərəcəsində Bayram Mustafayev, 81 kq çəki dərəcəsində Hüseyn Rəhimli və 57 kq çəki dərəcəsində Afaq Sultanovadır. 

Digər idmançılarımız Namiq Aslanlı, Bəsti Səfərova və Ramil Qasımov yarışlarda 3-cü yerə layiq görülüblər.

Həmin kateqoriyadan