UĞUR
İlk gündə 3 medal

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdoçular arasında “Böyük Dəbilqə” beynəlxalq turniri start götürüb. Allsport.az saytı xəbər verir ki, başlanğıc Azərbaycan millisi üçün uğurlu olub.

60 kq-da mübarizə aparan Orxan Səfərov finalda monqolustanlı Amartuvşin Daşdavaanı məğlub edərək, qızıl medal qazanıb. Komandamızın digər aparıcı üzvü Tərlan Kərimov (66 kq) da finala qədər inamla irəliləyib.

Həlledici tutaşmada onu 1-ci yerdən belaruslu Dmitri Şerşana məhrum edib. 3-cü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa heç bir şans verməyən İlqar Müşkiyev (60 kq), bürüc mükafata yiyələnib.

Həmin kateqoriyadan