İlk legionçu

Adrian Skarlatake ilk dəfə “Zirə”nin kapitanı kimi meydana çıxıb. Allsport.az saytı xəbər verir ki, bu, Topaz premyer liqasının 42-cü turunun “Sumqayıt”la görüşündə (2:0) baş verib. Oyuna kapitan sarğısı ilə başlayan rumıniyalı “qartallar”ın tarixində buna nail olan 8-ci futbolçudur.

Ona qədər Anar Nəzirov (37), Kamal Bayramov (21), Rəşad Abdullayev (20), Elvin Məmmədov (18), Aleksandr Şemonayev (15), Vüqar Mustafayev və Adil Nağıyev (hərəsi 1) matça kapitan kimi başlamışdı.

Bu siyahıda indiyədək yalnız yerli futbolçular olduğundan Adrian “Zirə”nin tarixində ilk legioner kapitandır. Bunadək təkcə Premyer Liqa deyil, digər yarışlarda da əcnəbil futbolçular kapitan kimi meydana çıxmamışdı.

Həmin kateqoriyadan