“İlk qol fərdi səhv idi”

Premyer liqanın 6-cı turunda “Səbail” Masazırda “Sabah”a 0:3 yenilib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev bunu söyləyib:

“2 fərqli hissə izlədik. Rəqibi təbrik edirəm. İlk hissədə qaçırdığımız qol epizodları oldu. Fasilədən sonra üstünlüyü əldən verdik. Qol epizodlarının reallaşdırılması üzərində işləməliyik. İlk qol fərdi səhv idi.

Bundan sonra toparlana bilmədik. Ehtiyat qüvvədən yararlanmağa çalışdıq. 2-3-cü qolları isə son dəqiqələrdə buraxdıq. Bu oyunu təhlil edib, səhvləri aradan qaldırmalıyıq”.

Həmin kateqoriyadan